Ərdoğan: Kipr adasında iki ayrı xalqın və iki ayrı dövlətin olduğu reallığı qəbul edilməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsində iki dövlətli həll mövqeyini bir daha bəyan edərək beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıqlama verib.
“Bizim Kipr məsələsində mövqeyimiz son dərəcə aydındır. Artıq adada iki ayrı xalqın və iki ayrı dövlətin olduğu reallığı qəbul etməyin vaxtıdır”, – deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan bütün ölkələri, xüsusilə dost və qardaş dövlətləri ŞKTC-ni tanımağa, onunla siyasi, diplomatik və iqtisadi əlaqələr qurmağa çağırıb. Onun sözlərinə görə, bu addımlar Kipr adasında davamlı sülhün təmin olunmasına töhfə verə bilər.
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, Ankara Kipr türklərini heç vaxt tək və köməksiz qoymayacaq.
“Bütün dünya bunu bilməli və yadda saxlamalıdır. Bizim üçün Kipr məsələsi sadəcə xarici siyasət məsələsi deyil”, – deyə Ərdoğan qeyd edib.
16:30 09.11.2026
Oxunuş sayı: 39