Ukrayna ordusunda Kosmik Qüvvələrin yaradılması planlaşdırılır
Ukrayna parlamenti raket təhdidlərinə qarşı mübarizə aparmaq və hərbi peyklərini orbitə çıxarmaq məqsədilə Kosmik Qüvvələrin yaradılması təşəbbüsünü irəli sürüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yeni strukturun əsas vəzifələrindən biri Rusiyanın “Oreşnik” raketi də daxil olmaqla, müxtəlif raket təhdidlərinə qarşı müdafiə imkanlarını gücləndirmək olacaq.
Bununla yanaşı, Ukrayna öz hərbi peyklərini orbitə çıxarmağı və kosmik imkanlarını genişləndirməyi hədəfləyir.
17:34 09.11.2026
Oxunuş sayı: 44