“Karşıyaka” “Beşiktaş”ı son saniyələrdə məğlub edib
Türkiyə Basketbol Super Liqasının 7-ci turunda “Karşıyaka” doğma meydanda “Beşiktaş”ı 84:83 hesabı ilə məğlub edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qarşılaşmanın ilk periodu “Beşiktaş”ın 22:17 hesablı üstünlüyü ilə başa çatıb. Fasiləyə “Karşıyaka” 40:38 hesabı ilə öndə yollanıb. Üçüncü perioddan sonra isə “Beşiktaş” 59:52 hesabı ilə üstün olub.
22:42 09.11.2026
Oxunuş sayı: 39