Rəsmi Bakı Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycam XİN-in yaydığı bəyanatda bildirilib.
"Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk", -deyə bəyanatda vurğulanıb.
20:10 09.11.2026
Oxunuş sayı: 46