Merz Almaniyanı hədələdi - Ukraynaya yardım edin!
Almaniya kansleri Fridrix Merz Ukraynaya maliyyə dəstəyinin davam etdirilməsinə dair təminatlar verilməyəcəyi təqdirdə Avropa İttifaqının 2028-2034-cü illər üçün büdcəsinin təsdiqinə mane olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Merz Aİ büdcəsinin təsdiqini 2027-ci ildən etibarən bütün üzv dövlətlərin Ukraynaya dəstək göstərmək öhdəliyi götürməsi ilə əlaqələndirib.
O, Avropa Şurasının prezidenti Antonio Koştaya ünvanladığı məktubda 70 milyard avroluq maliyyə kəsirinin üzv dövlətlər tərəfindən kollektiv şəkildə qarşılanmasını zəruri şərt kimi irəli sürüb.
18:44 09.11.2026
Oxunuş sayı: 34