Adanada 4,6 bal gücündə zəlzələ olub
Türkiyənin Adana vilayətinin Kozan rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az "Global Haber" ə istinadən xəbər verir.
Zəlzələ yerli vaxtla saat 15:28-də baş verib. Yeraltı təkanların episentri Adananın Kozan rayonu olub.
Hadisə ilə bağlı əlavə məlumat, o cümlədən mümkün fəsadlar barədə hələlik açıqlama verilməyib.
18:05 09.11.2026
Oxunuş sayı: 36