Suriyanın Homs vilayətində mina partlayışı nəticəsində üç uşaq həlak olub
Suriyanın Homs vilayətinin kənd ərazisində mina partlayışı nəticəsində heyvan otaran üç uşaq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi Suriyanın dövlət televiziyası “Əl-İxbariyyə”yə istinadən məlumat yayıb.
Homs İnformasiya İdarəsinin açıqlamasına görə, hadisə Tədmur (Palmira) şəhərinin qərbində yerləşən Əd-Dəvva bölgəsində baş verib. Ərazidə əvvəlki rejim dövründən qalan mina partlayıb.
Partlayış zamanı bölgədə xırdabuynuzlu heyvanları otaran üç uşaq həlak olub. Onların şəxsiyyəti və yaşı barədə məlumat verilməyib.
Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
18:29 09.11.2026
Oxunuş sayı: 27