Rusiya rəsmisi: BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasları münaqişənin həllinə yaxınlaşdırmır
BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı mütəmadi keçirilən iclasları münaqişənin həlli istiqamətində heç bir irəliləyişə səbəb olmur.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın açıqlamasında bildirib.
Nebenzya qeyd edib ki, Ukrayna və Qərb ölkələrinin təşəbbüsü ilə keçirilən bu iclaslar böhranın həllini yaxınlaşdırmır. O, Qərb ölkələrinin çağırışı ilə baş tutan Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Ukrayna tərəfinin bu qədər tez-tez toplantı tələb etməsinin səbəbini anlamadıqlarını qeyd edib.
22:15 09.11.2026
Oxunuş sayı: 49