Afinada çamadanda qadın meyiti aşkarlanıb
Yunanıstanın paytaxtı Afinada yol kənarına atılmış çamadanın içərisində qadın meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, “The Sun” nəşri bu barədə məlumat yayıb.
Hadisə Aqios Panteleymonas rayonunda baş verib. Yoldan keçən şəxs yol kənarındakı çamadandan kəskin qoxu gəldiyini hiss edərək polisə məlumat verib. Hadisə yerinə gələn əməkdaşlar çamadanı açarkən içərisində qadın meyiti aşkarlayıblar.
İlkin ehtimallara görə, qadının 17-25 yaşlarında olduğu bildirilir. Onun üzərində şort, idman büstqalteri və bluz olub. Meyitin ayaqlarının bağlı vəziyyətdə olduğu qeyd edilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları çürümə mərhələsində olan meyitdə gözlə görünən xəsarətlər aşkar etməyiblər. Qadının ölüm səbəbi hələ müəyyənləşdirilməyib, şəxsiyyəti isə təsdiqlənməyib.
Qeyd olunur ki, meyitin tapıldığı ərazi iyul ayında 38 yaşlı britaniyalı könüllü Elizabet Ceyn Rossun cəsədinin aşkarlandığı yerdən təxminən 1,5 kilometr məsafədə yerləşir.
İlin əvvəlində itkin düşən Rossun meyiti iyulun 18-də Kipselidə tərk edilmiş binada çamadanın içərisində tapılmışdı.
20:49 09.11.2026
Oxunuş sayı: 53