CROSSMEDIA - Analitik İnformasiya Portalı

Təhlil

17:48 13.11.2026

Bakıdan Antalyaya: COP29-un mirası, COP31-in sınağı – Azərbaycan və Türkiyənin iqlim diplomatiyasında yeni mərhələ

78

Dünya iqlim dəyişikliklərinin yaratdığı çağırışlarla mübarizədə yeni mərhələyə qədəm qoyarkən, beynəlxalq iqlim konfransları artıq yalnız ekoloji problemlərin müzakirə edildiyi platformalar olmaqdan çıxır. Bu tədbirlər dövlətlərin siyasi mövqelərini nümayiş etdirdiyi, iqtisadi maraqlarını uzlaşdırdığı, enerji təhlükəsizliyi məsələlərini müzakirə etdiyi və beynəlxalq tərəfdaşlıqlarını möhkəmləndirdiyi mühüm diplomatik mərkəzlərə çevrilir. Noyabrın 9-da Türkiyənin Antalya şəhərində fəaliyyətə başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı – COP31 də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Noyabrın 20-dək davam edəcək tədbir Türkiyənin beynəlxalq diplomatiyadakı mövqeyini nümayiş etdirməklə yanaşı, Bakıdan Antalyaya ötürülən iqlim gündəliyinin davamlılığını da gündəmə gətirir. Əslində, COP31-ə yalnız növbəti beynəlxalq ekoloji toplantı kimi yanaşmaq düzgün olmazdı. Burada iqlim dəyişiklikləri ilə mübarizə, enerji keçidi, maliyyələşmə, yaşıl iqtisadiyyat və dövlətlərarası münasibətlər vahid siyasi-iqtisadi mənzərənin ayrı-ayrı elementləri kimi çıxış edir. Bu mənzərədə Türkiyənin ev sahibliyi, Azərbaycanın COP29 təcrübəsi və iki ölkənin strateji tərəfdaşlığı xüsusi diqqət çəkir.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər