İran - Ölüm cəzaları və "İslam hüququ"
2025-ci ildə İran hakimiyyəti son onilliklərdə rekord səviyyədə olan, təxminən 1639 ilə 2159 nəfər arasında edam cəzasını icra edib. İran hakimiyyəti rəsmi statistika dərc etmir, ona görə də məlumatlar insan haqları fəalları tərəfindən təsdiqlənmiş mənbələr əsasında toplanır.
İran rejiminin məxfiliyi səbəbindən edam edilənlərin tam siyahısını tərtib etmək mümkün deyil. Lakin aşağıdakı detallar məlumdur - insan hüquqları fəallarına görə edamların sayı İran İnsan Hüquqları təşkilatlarının məlumatları əsasında ən azı 1639 edam hadisəsi qeydə alınıb. Amnesty International təşkilatının verdiyi məlumata əsasən ən azı 2159 edamın olduğu bildirilir ki, bu da 1981-ci ildən bəri ölkədə ən yüksək rəqəmdir. 1981-ci il İran fevral inqilabından sonra molla rejiminin başlamış olduğu repressiyalar dövrüdür.
Kimlər və nə üçün edam edilib məsələsi də mürəkkəbdir. Edam hökmlərinin əksəriyyəti narkotiklə əlaqəli işlər, qətllərə görə verilib və məhz bu səbəbdən də İran molla rejimi müxalifətçi düşüncəli insanları bu maddı ilə iddiam edir. Edamların təxminən 47-51%-i inqilab məhkəmələri tərəfindən lazımi hüquqi prosedurlar olmadan həyata keçirilib.
Siyasi ittihamlarla, ən azı 57 nəfər casusluq və "milli təhlükəsizliyə təhdid" ilə edam edilib, o cümlədən hökumət əleyhinə etirazların iştirakçıları və həssas qruplar daim edam hökmü altındadırlar. Edam edilənlər arasında ən azı 48 qadın, eləcə də xarici ölkələrin vətəndaşları da var.
Tanınmış şəxslər haqqında təfərrüatlar tez üzə çıxır. Adların böyük əksəriyyətinin açıqlanmaması səbəbindən insan hüquqları fəalları fərdi yüksək profilli işləri sənədləşdirirlər. Ən azı iki etirazçı daxili təhlükəsizliklə bağlı ittihamlarla asılıb. Bir sıra hallarda siyasi məhbusların da edam edilməsi etiraf edilir. Qadağan olunmuş müxalifətçi qruplar ilə əlaqədə ittiham olunan fəallar və "İsrail ilə əməkdaşlıqda" ittiham olunan şəxslər edam ediliblər.

İranda edama səbəb ola biləcək əməllərin sayı çoxdur. "Azad İran" telegram kanalı məlumat verib ki, İran Ekspertlər Şurasının (Şura-ye Xobreqan) üzvü Əhməd Xatəmi ölkənin ali dini lideri Əli Xameneini təhdid edənlərin ölüm hökmü ilə cəzalandırılacagını elan edib.
İran İslam Cəza Məcəlləsinə əsasən, hazırda Xameneini və ya hər hansı dini lideri təhqir etməyin altı aydan iki ilə qədər həbs cəzası ilə nəticələndiyi məlumdur, lakin bu üzdəniraq “ekspertlər” bu cəzanı dəyişdirib edam hökmü də verə bilərlər.
Bir neçə kəlmə bu ekspertlərin kimliyi haqqında məlumat alaq. İrandakı Ekspertlər Şurası səkkiz illik müddətə birbaşa əhalinin səsverməsi ilə seçilən 88 yüksək vəzifəli İslam ilahiyyatçısı və hüquqşünasdan ibarətdir. Əlbəttə ki, onların seçkiyə daxil olması haqqında qərarı rəhbər verir. Bu qurum ölkənin Ali Liderinin seçilməsi, İslam qanunlarına nəzarət və vəzifələrə təyin olmaq və azad edilmələrdən məsuldurlar. Şuranın sədri Məhəmməd Əli Movahedi Kermani, müavini isə Əlirza Ərəfidir.
Bunlar hardan oldular ekspert və bunlara ekspert hüququnu kim verir? İran əhalisinin ictimai fikrində bunlara “aftofa eksperti” deyə bir aforizm də yaranıb. Din alimi hesab edilən bu şəxslərin əksəriyyəti (hamısı deyil) müxtəlif məişət və sosial məsələlərə aid risalələr yazıblar ki, bu da onlara din alimi statusu verir. Bu risalələrdə onlar “aftafanı necə götürməkdən” tutmuş kiçik yaşlı uşaqlarla evlilik qanunlarına qədər mövzularda islam hüququ yaradırlar. Yazdıqları cəfəngiyat olsa da özlərini qanundan yüksəkdə tuturlar və İran İslam qanunvericiliyi də onları bu cəfəngiyyata görə qoruyur.

Londonda yerləşən Amnesty International insan haqları təşkilatı dünya miqyasında ölüm cəzasının tətbiqi ilə bağlı son illik hesabatını dərc edib. "Ölüm Hökmləri və Edamlar" adlı hesabatda ölüm cəzasının tətbiqində qlobal tendensiyalar təhlil edilir.
İyirmi il əvvəl 37 ölkə ölüm cəzasından istifadə edirdi. 2004-cü ilə qədər bu rəqəm 25-ə, sonrakı bir ildə isə 22-yə düşmüşdü. Buna baxmayaraq, hesabatda bildirilir ki, 2013-cü ildə 2012-ci ilə nisbətən təxminən 100 nəfər və daha çox edam edilib - bu, təxminən 15 faiz artımdır.
Amnesty Internationalın hesabatında edam üsulları, xüsusən də ictimai edamlar kəskin şəkildə tənqid olunur. Keçən il baş kəsmək, asmaq, güllələmək, ölümcül iynə vurmaq və elektrik stulu kimi edam üsulları hələ də istifadə olunurdu. İctimai edamlar əsasən İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Somalidə tətbiq olunub. İctimai edamların sosial şəbəkələrdə yayılması internet tərəfindən nəzarət olunur və bu kimi yayımlar anında səhifədən silinir. Odur ki, İran İslam Respublikasının ictimailəşdirilmiş edamları insanlarda qorxu yaratmaq məqsədi ilə kütləvi səhnələr təbliğ olunur və internet də bu kimi səhnələrin üzərinə “pərdə örtür”.

14:30 21.07.2026
Oxunuş sayı: 247