CROSSMEDIA - Analitik İnformasiya Portalı

Təhlil

12:32 17.11.2026

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi: iqtisadi prioritetlər və yeni inkişaf çağırışları

645

Dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində, iqtisadi artımın stimullaşdırılmasında və həyat səviyyəsinin yüksəldilməsində mühüm iqtisadi alətdir. 2027-ci ilin dövlət büdcəsi layihəsi də, dinamik inkişaf edən, Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsində qarşıya qoyduğu strateji hədəflərin maliyyə təminatını yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsi, enerji bazarlarında qiymət dəyişkənliyi, geosiyasi risklər, beynəlxalq ticarət marşrutlarının transformasiyası və rəqəmsal texnologiyaların iqtisadi proseslərə təsirinin sürətlə artması büdcə siyasətinə də yeni və daha ehtiyatlı yanaşma tələb edir. Azərbaycan üçün bu çağırışlar iqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, investisiya fəallığının və iqtisadi aktivliyin artırılması, uzunmüddətli dayanıqlılığının təmin olunması kimi məsələləri daha da aktuallaşdırır. Bu baxımdan da, 2027-ci ilin büdcə layihəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada ənənəvi sosial və infrastruktur prioritetləri ilə yanaşı, müdafiə və təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, rəqəmsallaşma, süni intellekt, innovasiya və yaşıl iqtisadiyyat istiqamətləri də mühüm yer tutur.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər