Basketbol Liqasında IV tur başlayır
Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək.
Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xalla liderdir. NTD 3 xalla yeddinci pillədə qərarlaşıb.
10:05 23.10.2026
Oxunuş sayı: 57