Xankəndidə Azərbaycan-BMT strateji dialoqu keçirilir
Xankəndi şəhərində "Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək naminə Azərbaycan-BMT tərəfdaşlığı" mövzusunda yüksək səviyyəli strateji dialoq keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbir 24 oktyabr - BMT Günü münasibətilə təşkil olunub.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Azərbaycanda BMT-nin Rezident Koordinatoru Dmitro Şlapaçenko, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov və başqa rəsmi şəxlər iştirak edirlər.
Dialoqun əsas məqsədi dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetlərini, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Qarabağ iqtisadi rayonunda lokallaşdırılmasını və regionun inkişafının sürətləndirilməsi imkanlarını dəyərləndirməkdir.(Report)
11:48 23.10.2026
Oxunuş sayı: 75