CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Rusiya

14:32 21.09.2026

Rusiyada seçkilər zamanı 15 müşahidəçi məhkəmə qərarı ilə kənarlaşdırıldı

31

Rusiyada Dövlət Dumasına keçirilən seçkilər zamanı 15 seçki müşahidəçisi məhkəmə qərarı ilə seçki məntəqələrindən uzaqlaşdırılıb. Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat yayıb. Pamfilovanın sözlərinə görə, uzaqlaşdırılan müşahidəçilər səkkiz regionda fəaliyyət göstərib. Onlardan altısı Rusiya Kommunist Partiyasını (KPRF), beşi “Yabloko”nu, ikisi “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət uğrunda” partiyasını, biri isə Liberal Demokrat Partiyasını (LDPR) təmsil edib. Mərkəzi Seçki Komissiyasının rəhbəri əsas səbəblər arasında seçki komissiyalarının fəaliyyətinə müdaxilə, komissiya üzvlərinin vəzifələrini yerinə yetirməsinə mane olmaq, münaqişə yaratmaq, komissiyanın müəyyən etdiyi yerdən kənarda foto və video çəkiliş aparmaq, seçicilərə maneə törətmək, məntəqə daxilində qaydalara zidd hərəkət etmək və komissiya üzvlərinin iradlarına məhəl qoymamağı göstərib. Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçirilib. Seçkilərdə 336 mindən çox müşahidəçinin iştirak etdiyi bildirilib. Qeyd edək ki, müşahidəçilərin uzaqlaşdırılması ilə bağlı məlumat Rusiya Mərkəzi Seçki Komissiyasının açıqlamasına əsaslanır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR