Ermənistan-Rusiya ticarətində diqqətçəkən fərq
Rusiya Ermənistanla ticarətin azalmasının ciddi iqtisadi sarsıntılara səbəb olacağını gözləmir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Aqasandyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə xarici ticarətdə payı yüksək deyil. Həmçinin Ermənistanın Belarus, Qazaxıstan və Qırğızıstanla ticarət dövriyyəsi də əhəmiyyətli həcmdə deyil.
Aqasandyan qeyd edib ki, Ermənistanın Rusiyanın ümumi xarici ticarət dövriyyəsində payı 0,9 faizi keçmir. Eyni zamanda Rusiyanın Ermənistanın xarici ticarətində payı 27,5 faiz təşkil edir.
20:46 25.08.2026
Oxunuş sayı: 43