Niderlandın yeni planı Moskvanın etirazına səbəb ola bilər
Niderland hökuməti Rusiyanın “kölgə donanması”na qarşı mübarizə çərçivəsində ölkənin müstəsna iqtisadi zonasında həmin donanmaya aid gəmilərin saxlanılmasına və yoxlanılmasına icazə verən qanun layihəsi təklif edib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Təklifə əsasən, Niderlandın müstəsna iqtisadi zonasında “kölgə donanması”na aid olduğu ehtimal edilən gəmilər saxlanıla və yoxlama üçün yönləndirilə biləcək. Niderlanddakı Rusiya səfirliyi isə Moskvanın bu cür addımlara uyğun hesab etdiyi şəkildə cavab vermək hüququnu özündə saxladığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Farer adalarında Rusiyanın “kölgə donanması”na qarşı mübarizə üzrə hərbi təlimlər keçirib. Təlimlərdə Britaniyanın xüsusi əməliyyatlar üzrə dəniz qrupunun yüzlərlə hərbçisi iştirak edib. Həmçinin desant qüvvələrinin sahilə çıxarılması və şaquli qalxma üzrə məşqlər həyata keçirilib.
23:21 09.10.2026
Oxunuş sayı: 55