"Sabah"ın qapıçısının qurtarışı ən yaxşılar sırasına düşüb
"Sabah"ın qapıçısı Stas Pokatilovun qurtarışı UEFA Çempionlar Liqasında günün ən yaxşı "seyv"ləri sırasında yer alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qolkiperin Bakıda İspaniyanın "Barselona" komandasına qarşı oyundakı "seyvi" "5-liy"ə düşüb.
Xatırladaq ki, Azərbaycan çempionu Liqa mərhələsinin V turunun oyununda rəqibinə 1:4 hesabı ilə uduzub.
Top goalkeepers making top saves 🧤 @QatarAirways | #LetsFly https://t.co/wPIoHM2SsZ
— UEFA Champions League (@ChampionsLeague) November 25, 2026
11:38 26.11.2026
Oxunuş sayı: 37