CEV Çempionlar Liqası: "Turan" komandası qrupdakı ilk oyunda məğlub olub
Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyada "Savino Del Bene" klubunun qonağı olub.
Florensiya şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Xatırladaq ki, "Turan" D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları ilə də üz-üzə gələcək.
23:42 25.11.2026
Oxunuş sayı: 42