Rusiya və Qazaxıstan dolları arxa plana keçirib
Rusiya və Qazaxıstan arasında qarşılıqlı hesablaşmaların 96 faizi milli valyutalar – rubl və təngə ilə həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Kremldə keçirilən danışıqlar zamanı bildirib.
Putin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından danışarkən qeyd edib ki, qarşılıqlı hesablaşmalarda milli valyutaların payı artıq 96 faizə çatıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Moskvaya dəvətə görə Putinə təşəkkür edib və Rusiya paytaxtında olmaqdan hər zaman məmnunluq duyduğunu bildirib.
Qeyd edək ki, Tokayev süni intellekt sahəsindəki yeniliklərə həsr olunan AI Journey 2026 konfransında iştirak etmək üçün Moskvaya səfər edib. Tədbir Sberbankın təşkilatçılığı və süni intellekt sahəsində fəaliyyət göstərən Alyansın dəstəyi ilə keçirilir.
00:00 26.11.2026
Oxunuş sayı: 37