Zelenski ABŞ-dan xəbər gözləyir – Ukrayna üzrə yeni danışıqlar nə vaxt olacaq?
Ukrayna lideri bildirib ki, Kiyev Avropanın ABŞ ilə birlikdə sülh prosesinə tam şəkildə cəlb olunması üçün böyük iş görüb.
“Ukrayna Avropanı Amerika ilə sülh prosesinə tam şəkildə cəlb etmək üçün çox iş görüb. İndi isə Amerika tərəfinin artıq dördtərəfli olmalı olan yeni görüşün tarixini açıqlamasını gözləyirik”, – deyə Zelenski qeyd edib.
Crossmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov noyabrın 25-də bildirib ki, Ukrayna üzrə növbəti danışıqların dəqiq vaxtı hələ məlum deyil. Bununla belə, onun sözlərinə görə, görüş mütləq keçiriləcək.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da danışıqların növbəti mərhələsinin tarixi ilə bağlı hələlik razılığın olmadığını, lakin prosesin davam etdirilməsinin nəzərdə tutulduğunu açıqlayıb.
Xatırladaq ki, noyabrın 23-də Zelenski Kiyevin danışıqlara hətta ertəsi gün başlamağa hazır olduğunu bildirmişdi. O, tərəfdaşların Milad bayramına qədər görüş keçirməyi planlaşdırdıqlarını, lakin Ukraynanın daha erkən tarixə ümid etdiyini söyləmişdi.
21:28 25.11.2026
Oxunuş sayı: 32