Bürcləri nə gözləyir? - Sabahdan etibarən enerjilər dəyişir
Astroloji proqnozlara görə, hər yeni gün bürclər üçün fərqli fürsətlər, gözlənilməz hadisələr və yeni qərarlar gətirə bilər. Sabah bəzi bürclər üçün iş və maliyyə məsələlərində uğurlu imkanlar yaranacağı, digərləri üçün isə şəxsi münasibətlərdə və gündəlik həyatlarında diqqətli olmağın vacibliyi ön plana çıxa bilər. Bəs sabah bürcləri hansı yeniliklər, fürsətlər və çətinliklər gözləyir?

Crossmedia.az-a açıqlamasında astroloq Nərmin Zeynalova bildirib ki, Sabah enerjilər
hələ də bir qədər dünənki və bugünkü günlə oxşardır:
“Yəni Günəş hələ də Oxatan bürcündədir. Mars isə artıq Şir bürcündən çıxmaq
üzrədir. Bir gün ərzində Şir bürcündəki hərəkətini başa vuraraq Qız bürcünə
keçəcək. Bununla da enerjimiz daha dəqiq olacaq, ambisiyalarımız bir qədər
sakitləşəcək və artıq plan qurmağa başlayacağıq.
Lakin burada Saturnun səmadakı gərgin aspektləri intizam məsələlərində bizə
bir qədər mane ola bilər. Buna görə də, əlbəttə, özümüzü ələ almalı və intizama
daha çox riayət etməliyik. Çünki plan qurmaq üçün qarşımızda təkcə bir gün
deyil, bütöv bir ayı əhatə edən uğurlu dövr var. Hər şeyi dəqiqliklə planlaşdırmaq,
xırda detallara diqqət yetirmək bizim üçün daha asan olacaq. Ümumiyyətlə, hər
şeyi detallı şəkildə nəzərdən keçirmək üçün çox yaxşı bir dövrə daxil oluruq.
Sadəcə, bu gün və sabah yeni plan qurmaq, daha doğrusu, yeni işə başlamaq
üçün o qədər də uyğun zaman deyil. Çünki Ayın aspektləri yoxdur. Belə hallarda
yeni işlərə başlamaq o qədər də uğurlu olmur. Amma birisi gündən etibarən yeni
işlərə də başlaya bilərik”.
Məhəbbət Tərlanoğlu
18:21 25.11.2026
Oxunuş sayı: 44