Əjdər Tağızadə GADTB-nin başqanlığından istefa verib
Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadə vəzifəsindən istefa verib.
Crossmedia.az xəbər verir ki, GADTB-nin Mətbuat Mərkəzi bu barədə məlumat yayıb.
GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə, Əjdər Tağızadə işlərinin çoxluğu ilə əlaqədar istefa ərizəsini təşkilatın Mərkəzi Komitəsinə təqdim edib.
O, başqanlıq vəzifəsindən ayrıldıqdan sonra GADTB-nin Mərkəzi Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Təşkilat Əjdər Tağızadənin uzun illər ərzində Güney Azərbaycanın milli azadlığı, demokratiya və insan hüquqları uğrunda fəaliyyətini yüksək qiymətləndirib.
17:32 25.11.2026
Oxunuş sayı: 39