Britaniya ordusu dron hücumlarından ehtiyat edir
Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri (RAF) mümkün pilotsuz uçuş aparatı hücumlarından qorunmaq məqsədilə hərbi təyyarələri gecə saatlarında anqarlara və möhkəmləndirilmiş sığınacaqlara yerləşdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya hərbi qüvvələrinin gördüyü təhlükəsizlik tədbirlərinə dair məlumat yayılıb.
Bildirilib ki, hərbi təyyarələrin açıq ərazilərdə saxlanılması ilə bağlı riskləri azaltmaq üçün onların gecə saatlarında daha mühafizə olunan yerlərə köçürülməsi həyata keçirilir.
Məlumata görə, hərbçilər pilotsuz uçuş aparatlarına qarşı əlavə müdafiə tədbirləri də görürlər.
Belə ki, hərbi obyektlərin və texnikanın qorunması üçün antidron torlarının quraşdırıldığı bildirilir.
Bu tədbirlərin məqsədi mümkün dron hücumları zamanı hərbi aviasiyanın və infrastrukturun zədələnməsi riskini azaltmaqdır.
Hələlik təhlükəsizlik tədbirlərinin hansı hərbi bazalarda tətbiq edildiyi və nə qədər təyyarəni əhatə etdiyi barədə məlumat verilməyib.
17:30 25.11.2026
Oxunuş sayı: 46