Azərbaycanda nikah potensialına malik gənclərin yarısı evlənməyib
Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclis sədrnun birinci müavini Əli Əhmədov "Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, bu il ölkədə 20-25 yaşlarında olan və nikah potensialına malik 175 min gənc var:
"Bu isə o deməkdir ki, ölkədə təxminən 75-80 min nikah qeydə alınmalı idi. Amma Azərbaycanda 10 ayda cəmi 31 min nikah bağlanıb. İlin sonuna qədər ən yaxşı halda daha 10 min nikah bağlana bilər. Beləliklə, ümumilikdə 40 min nikah olacaq ki, bu da nikah potensialının yarısı deməkdir. Yəni Azərbaycanda bu il nikah potensialında olan insanların yarısı evlənməyib".(Report)
15:48 25.11.2026
Oxunuş sayı: 38