Çin şirkəti ilə Azərbaycanda ötürücü kabellərin istehsalı müzakirə olunub - YENİLƏNİB
Azərbaycan və Çinin "TBEA Co., Ltd." şirkəti arasında ölkənin sənaye parklarında və azad iqtisadi zonalarında yüksək gərginlikli sabit cərəyan (HVDC) ötürücü kabellərinin və digər zəruri avadanlığın istehsalı üçün müəssisələrin yaradılması perspektivləri müzakirə olunub.
Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovun Çinə işgüzar səfəri çərçivəsində Çindao şəhərində şirkətin vitse-prezidenti Zheng Yan ilə görüşdə aparılıb.
Bildirilib ki, görüşdə Energetika Nazirliyi ilə "TBEA" arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.
Şirkətin Azərbaycanda innovativ enerji həllərinin tətbiqi, eləcə də su elektrik stansiyaları layihələrinin həyata keçirilməsində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
13:09
Azərbaycan Çinin TBEA şirkəti ilə elektrik enerjisi infrastrukturu, Yüksək Gərginlikli Sabit Cərəyan ("High-Voltage Direct Current" – HVDC) texnologiyaları, enerji avadanlıqlarının istehsalı və "yaşıl enerji" sahəsində əməkdaşlığı perspektivlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata əsasən, bununla bağlı müzakirələr Çinin Çindao şəhərində azərbaycanlı nazir ilə TBEA şirkətinin vitse-prezidenti Zheng Yan arasında görüşdə aparılıb.
"Şirkətin Azərbaycanda innovativ enerji həllərinin tətbiqi, eləcə də su elektrik stansiyaları layihələrinin həyata keçirilməsində iştirak imkanları dəyərləndirilib", - P.Şahbazov qeyd edib.
13:46 25.11.2026
Oxunuş sayı: 44