Kestutis Budris: Litva Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyir
Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Nazir ölkəsinin 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini söyləyib.
O, Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini də dəstəklədiyini qeyd edib.
12:40 25.11.2026
Oxunuş sayı: 42