Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Bakının Səbail rayonunda avtobusların hərəkətini tənzimləmək üçün xüsusi svetofor istifadəyə verilib.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu barədə məlumat yayıb.
Bildirilib ki, Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca svetofor quraşdırılıb.
Artıq avtobus sürücüləri həmin svetoforun siqnallarına uyğun hərəkət edirlər.
Yeni svetoforun quraşdırılmasında məqsəd avtobusların xüsusi hərəkət zolaqları ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
17:50 25.11.2026
Oxunuş sayı: 21