Dövlət Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Əhməd Talıbov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Crossmedia.az xəbər verir ki, təyinatla bağlı qurumun sədri Səbuhi Sadıqov 2026-cı il noyabrın 20-də əmr imzalayıb. Əhməd Talıbov bu təyinatadək Agentliyin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Əhməd Talıbov 1989-cu ildə anadan olub. O, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetdə “Maliyyə” ixtisası üzrə magistr dərəcəsi alıb.
O, 2012–2013-cü illərdə Dövlət Sosial Təminat Xidmətinin Maliyyə-təsərrüfat şöbəsində, 2013–2017-ci illərdə isə “Bakı Metropoliteni” QSC-də müxtəlif vəzifələrdə çalışıb.
Əhməd Talıbov 2017–2023-cü illərdə “Prime Cotton” MMC-də maliyyə kuratoru, şöbə müdiri, baş maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrini tutub. 2023-cü ildən Dövlət Ehtiyatları Agentliyində çalışır.
Ailəlidir, bir övladı var.
17:54 25.11.2026
Oxunuş sayı: 30