Lukaşenko Ukraynaya hücumdan xəbərsiz olduğunu deyib
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı müharibənin başlanmasında iştirakının olmadığını və hücumdan xəbərsiz olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın “İnsayder UA” (Інсайдер UA) Telegram kanalı məlumat yayıb.
Lukaşenko Fransa jurnalistinə özünün müharibənin başlanmasına aidiyyəti olmadığını sübut etmək üçün xəritə təqdim edib.
“Mənə qarşı heç bir irad yoxdur. Bu müharibənin başlanmasına mənim heç bir aidiyyətim yoxdur. Mən bundan xəbərsiz idim”, – deyə Lukaşenko bildirib.
19:32 25.11.2026
Oxunuş sayı: 48