BMT baş katibindən müraciət: Qadınlara qarşı zorakılığa son soyaq
"Qadınlara və qızlara qarşı zorakılıq bütün ölkələrə və cəmiyyətlərə təsir edən, bəşəriyyət üçün utancverici universal problemdir".
Crossmedia.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Qutterreş "X"də yazıb.
" Qadınlar və qızlar qorxu hissi olmadan yaşamaq, öz potensiallarını tam reallaşdıra biləcəkləri bir dünyada həyat sürmək hüququna malikdirlər. Gəlin, zorakılığa son qoyaq, cəzasızlıq hallarına son verək, hər kəs üçün ədaləti, təhlükəsizliyi və ləyaqəti təmin edək", - o bildirib.
https://x.com/antonioguterres/status/2125469536484802794
18:53 25.11.2026
Oxunuş sayı: 42