Ukrayna XİN: Rusiya vətəndaşlarının beynəlxalq səfərlərinə qadağa qoyulmalıdır
"Rusiyanın qəddarlığı və zorakılığı Ukrayna şəhərlərinə endirilən hava zərbələri zamanı, döyüş meydanında, əsirlikdə və işğal altındakı ərazilərdə ukraynalı qadınları və qızları hədəf alır. Rusiyalı hərbi cinayətkarlar insanları qanunsuz olaraq həbs edir, döyür, işgəncələrə məruz qoyur və öldürürlər. Onlar saxlanılan şəxslərə psixoloji təzyiq göstərir, tibbi yardım göstərməkdən imtina edir, lazımi qida və su təminatı olmadan onları dəhşətli şəraitdə saxlayırlar. Sənədləşdirilmiş cinayətlərə hədələrdən tutmuş qrup şəklində zorlamaya qədər müxtəlif formalarda cinsi zorakılıq daxildir".
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb:
"Belə şəraitdə heç bir gün yaşamaq təsəvvürəgəlməz dərəcədə ağırdır. Lakin ukraynalı qadınlar bu dözülməz şəraitdə aylarla, hətta illərlə yaşamağa məcbur edilirlər.
Rusiya vətəndaşlarının beynəlxalq səfərlərinə qadağa qoyulmalıdır. İqtisadi sanksiyalar həm ayrı-ayrı cinayətkarların, həm də Rusiyanın bütövlükdə zorakılıq sisteminin bu cinayətləri törətməsini mümkünsüz etməlidir. Effektiv beynəlxalq ədalət mexanizmləri hər bir cinayətin ağırlıq dərəcəsinə uyğun cəzalandırılmasını təmin etməlidir.
Yalnız cəzanın qaçılmaz olması Rusiyanı bu cinayətləri törətməkdən çəkindirə bilər".
Russia’s cruelty and abuse target Ukrainian women and girls in air strikes on cities, in combat, in captivity, and under occupation. Russian war criminals unlawfully detain, beat, torture, and kill. They subject detainees to psychological pressure, deny them medical care, and hold them in horrific conditions without adequate food and water. The documented crimes include sexual violence ranging from threats to gang rape. Surviving even one day in these conditions is unimaginable, yet Ukrainian women endure them for months and years. Russians must be banned from international travel. Economic sanctions must make it impossible for individual perpetrators and Russia’s entire system of abuse to continue committing these crimes. Effective international justice mechanisms must ensure that every crime is met with a punishment proportionate to its severity. Only the inevitability of punishment will compel Russia to stop committing these crimes.
— MFA of Ukraine 🇺🇦 (@MFA_Ukraine) November 25, 2026
19:03 25.11.2026
Oxunuş sayı: 65