Misirdə dəhşətli qəza: Yanğın 30 nəfərin həyatına son qoyub
Misirin paytaxtı Qahirədə dairəvi avtomobil yolunda baş verən yanğın nəticəsində 30 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisəyə neft məhsulları daşıyan yük maşınının aşması səbəb olub. Qəza nəticəsində başlayan yanğın qısa müddətdə ətraf əraziyə yayılıb.
Hadisədən sonra Qahirədəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib. Yaralıların tibbi yardımla təmin edilməsi üçün müvafiq tədbirlər görülür.
Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.
23:23 25.11.2026
Oxunuş sayı: 43