İsmayıllıda 28 yaşlı oğlan bıçaqlanıb
İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb.
Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(APA)
11:43 26.11.2026
Oxunuş sayı: 40