Crossmedia.az yazdı, problem həll olunur
Bakının Bakıxanov qəsəbəsində, Sakit Qocayev küçəsində piyada keçidinin yaxınlığında tərs vəziyyətdə yerləşdirilən yol nişanı bərpa ediləcək.
Crossmedia.az xəbər verir ki, məsələ ilə bağlı sorğumuza Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) cavab olaraq bildirilib ki, kənar müdaxilə, o cümlədən küləyin təsiri nəticəsində sıradan çıxan və zədələnən nişanlarla bağlı vətəndaşların agentliyə məlumat vermələri xahiş olunur.
Qurumdan qeyd edilib ki, sözügedən ünvanda da yol nişanı bərpa ediləcək.
Xatırladaq ki, ötən gün Crossmedia.az Bakıxanov qəsəbəsində piyada keçidinin yaxınlığında yerləşdirilən yol nişanının tərs vəziyyətdə olması ilə bağlı məlumat yayıb. Nişanın bu vəziyyətdə olması sürücülər və piyadalar arasında çaşqınlıq yarada biləcəyi üçün yol hərəkəti təhlükəsizliyi baxımından narahatlıq doğurmuşdu.
Məhəbbət Tərlanoğlu
09:35 26.11.2026
Oxunuş sayı: 48