Azərbaycan və Qırğızıstan arasında minifutbol üzrə əməkdaşlıq müzakirə olunub
"Zirə" klubunun İdarə Heyətinin sədri Orxan Məmmədov Bişkekdə Qırğızıstanın idman rəsmiləri ilə görüşlər keçirib.
Crossmedia.az xəbər verir ki, o, Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti Nurdin Bukiyev və Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin direktoru Urmat Asanbayevlə görüşüb.
Görüşlərdə "Zirə" klubu ilə əməkdaşlıq imkanları, eləcə də Azərbaycan və Qırğızıstan arasında minifutbolun inkişafına yönəlmiş birgə layihələr və yeni təşəbbüslər müzakirə olunub.
21:35 09.10.2026
Oxunuş sayı: 61