Şəmkirdə meyit aşkarlanıb
Şəmkir rayonunda orta yaşlı kişinin meyiti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Ağdağlar adlanan ərazisində qeydə alınıb.
Meyiti tapılan şəxs Gədəbəy rayonun Düzyurd kənd sakini 1983-cü il təvəllüdlü İ.Məmmədovdur.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, meyitin itlər tərəfindən parçalandığı bildirilir. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.(APA)
21:58 23.11.2026
Oxunuş sayı: 40