Rusiya Estoniyaya etiraz notası təqdim edib
Rusiya Estoniyanın müvəqqəti işlər vəkilinə iki ölkə arasındakı sərhəddə keçid məntəqələrinin bağlanması ilə əlaqədar etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, etiraz Estoniyanın Rusiya ilə sərhəddə yerləşən buraxılış məntəqələrini bağlaması fonunda təqdim edilib.
Hadisə iki ölkə arasında sərhəd məsələləri ilə bağlı yaranan gərginliyin növbəti təzahürü kimi qiymətləndirilir.
18:04 23.11.2026
Oxunuş sayı: 37