Əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi təqdim olunub
Cari ilin 10 ayı ərzində Azərbaycanda əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib.
Bu barədə Crossmedia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Onlardan 4821-i təkərli oturacaq (o cümlədən 138 mühərrikli təkərli oturacaq), 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa və qoltuqaltı/dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 2455 cüt protez və 5264 cüt ortopedik ayaqqabı, 257 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 12 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
15:06 23.11.2026
Oxunuş sayı: 41