Rusiyada PUA hücumu nəticəsində sənaye obyekti zədələnib
Rusiyanın Perm diyarında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində sənaye obyektinə ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Qubernator “Max” platformasında bildirib ki, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları pilotsuz uçuş aparatlarının hücumunu dəf etmək üçün fəaliyyət göstərirlər.
“Düşmən pilotsuz uçuş aparatlarının hücumu nəticəsində sənaye obyektinə ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hadisə yerində operativ xidmətlər işləyir”, – deyə Maxonin açıqlayıb.
Zədələnmiş sənaye obyektinin adı və dağıntıların miqyası barədə əlavə məlumat verilməyib.
13:02 23.11.2026
Oxunuş sayı: 43