Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyi bu barədə məlumat yayıb.
Paşinyan noyabrın 23-də “Telegram” kanalında paylaşım edərək yeni Konstitusiya layihəsinin xüsusi yaradılmış yourconstitution.am saytında dərc olunduğunu açıqlayıb.
“Hörmətli xalq, hörmətli Ermənistan Respublikası vətəndaşları! Yeni Konstitusiya layihəsini bunun üçün xüsusi yaradılmış saytda sizə təqdim etməkdən məmnunam”, – deyə Baş nazir bildirib.
Onun sözlərinə görə, platforma vətəndaşların sənədlə rahat tanış olması və öz təkliflərini təqdim etməsi üçün hazırlanıb.
“Sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsini rahat şəkildə oxuması və təkliflərini verməsi məqsədilə yaradılıb”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir, həmçinin yerli vaxtla saat 10:00-da canlı yayımda xalqa müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, layihənin dərc olunması yeni Konstitusiyanın artıq qəbul edildiyi anlamına gəlmir.
12:06 23.11.2026
Oxunuş sayı: 42