Braziliya ABŞ, Rusiya və Çin liderlərinə çağırış edəcək
Braziliya ABŞ, Rusiya və Çin arasında üçtərəfli təmasların davam etdirilməsini dəstəkləyir və bu istiqamətdə diplomatik səylər göstərməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Mənbənin sözlərinə görə, Braziliyanın əsas məqsədi dünyada strateji sabitliyin bərpasına və Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların sürətləndirilməsinə töhfə verməkdir.
“Braziliyanın əsas marağı dünyada strateji sabitliyin bərpası və BMT-də mümkün qədər tez islahatların aparılmasıdır. Biz üç lider arasında təmasların davam etdirilməsini dəstəkləyirik”, – deyə mənbə bildirib.
O qeyd edib ki, Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Moskva, Pekin və Vaşinqton arasında müntəzəm dialoqun qorunması üçün səylərini davam etdirəcək.
“Prezident Lula bütün dünyanın rifahı naminə Moskva, Pekin və Vaşinqtonu daimi əlaqə saxlamağa inandırmaq üçün əlindən gələni edəcək”, – deyə mənbə vurğulayıb.
Məlumata görə, Braziliya rəhbərliyi üç böyük dövlət arasında dialoqun davam etdirilməsini beynəlxalq təhlükəsizliyin və strateji sabitliyin möhkəmləndirilməsi baxımından vacib hesab edir.
10:42 23.11.2026
Oxunuş sayı: 42