Poverbankın partlama təhlükəsini göstərən əlamətlər açıqlanıb
Poverbankların istifadəsi zamanı bəzi əlamətlərə diqqət yetirmək vacibdir. Belə ki, enerji cihazlarında yaranan nasazlıqlar yanğın və hətta partlayış təhlükəsinə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, poverbankın təhlükəli vəziyyətdə olduğunu göstərən əsas əlamətlər bunlardır:
Cihazın korpusunun şişməsi;
Həddindən artıq qızması;
Kimyəvi qoxunun və ya yanıq iyinin hiss edilməsi;
Şarj girişinin əriməsi və ya qaralması;
Enerji yığarkən qeyri-sabit işləməsi, qəfil sönməsi və ya fışıltı səsinin gəlməsi.
Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, cihazdan istifadə dərhal dayandırılmalıdır.
Həmçinin powerbankı nəzarətsiz şəkildə, xüsusilə gecə saatlarında, yatağın yaxınlığında və tezalışan əşyaların yanında şarj etmək tövsiyə edilmir.
05:05 23.11.2026
Oxunuş sayı: 64