Rusiyalı senator Ukraynanın suverenliyini itirdiyini iddia edib
Rusiyalı senator Sergey Perminov 2014-cü ildə Ukraynada baş verən Maydan hadisələrinin ölkəni terror və suverenliyin itirilməsi yoluna apardığını iddia edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə “RİA Novosti” agentliyinə açıqlamasında bildirib.
Senatorun sözlərinə görə, Maydan hadisələri Ukraynanın xarici qüvvələr tərəfindən dəstəklənməsi nəticəsində baş verib.
“Ukraynalıların xarici "xeyirxahları" tərəfindən dəstəklənən Maydan vaxtilə dinamik və müstəqil inkişaf edən ölkəni terror və suverenliyin itirilməsi yoluna apardı”, – deyə Perminov bildirib.
O, həmçinin Kiyevin Rusiyaya zərər vurmağa çalışdığını və ölkədə aqressiyanın təşviq edildiyini iddia edib. Senator Ukraynanın gələcəyi ilə bağlı müsbət proqnoz verməyin mümkün olmadığını söyləyib.
Qeyd edək ki, 2013-cü ilin noyabrında Ukrayna hakimiyyətinin Avropa İttifaqı ilə inteqrasiya prosesini dayandırmaq qərarından sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Bu hadisələr sonradan “Avromaydan” adını alıb.
20:06 22.11.2026
Oxunuş sayı: 33