Finlandiyada Rusiya ilə sərhədin açılması üçün 10-dan çox şikayət verilib
Finlandiyanın Lappeenranta şəhər şurasının deputatı İvan Devyatkin ölkə hakimiyyətinin Rusiya ilə sərhədi bağlamaq qərarından 10 dəfədən çox şikayət edib.
Crossmedia.az xəbər verir ki, Finlandiyanın Yle teleradio şirkəti bu barədə məlumat yayıb.
Məlumata görə, Finlandiya Ali İnzibati Məhkəməsi şikayətləri qeydə alıb və onlarla bağlı üç qərar çıxarıb. Sonuncu şikayət isə hazırda məhkəmənin baxışındadır.
Şikayətlərdən biri Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.
Qeyd edək ki, Finlandiya 2023-cü ilin noyabrında Rusiya ilə sərhədini bağlayıb. Finlandiya hakimiyyəti Rusiyanı sığınacaq axtaran şəxsləri məqsədli şəkildə sərhədə yönləndirməkdə ittiham edib.
Rusiya Xarici İşlər Nazirliyi isə Avropa İttifaqında yaranan miqrasiya böhranında Moskvanın iştirakına dair ittihamları rədd edib və bunu Qərbin ikili standartlarının təzahürü adlandırıb.
17:48 22.11.2026
Oxunuş sayı: 38