Stubb Finlandiya körfəzində Rusiya gəmisinə hücumu ciddi hadisə adlandırıb
Finlandiya Prezidenti Aleksandr Stubb Finlandiya körfəzinin neytral sularında Rusiyaya məxsus yük gəmisinə edilən hücumu ciddi hadisə kimi qiymətləndirib.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Stubb bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, hadisə ilə əlaqədar Finlandiyanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə rəhbərliyi, müdafiə qüvvələri və sərhəd xidməti ilə sıx əlaqə saxlayır. Prezident, həmçinin baş verənlər barədə əsas tərəfdaşlarını və müttəfiqlərini məlumatlandırdığını qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Finlandiya körfəzinin neytral sularında, Rusiya sərhədindən üç dəniz mili məsafədə pilotsuz uçuş aparatı ilə Rusiyaya məxsus yük gəmisinə hücum edildiyini bildirmişdi. Gəminin Kalininqrada doğru hərəkət etdiyi, göyərtəsində isə boya və lak materiallarının olduğu qeyd olunub.
12:45 22.11.2026
Oxunuş sayı: 89