İran ABŞ-nin dəniz blokadasından yan keçərək neft ixracını davam etdirir
İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadasından müxtəlif marşrutlarla yan keçərək neft ixracını əvvəlki həcmdə davam etdirir.
Crossmedia.az xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibindəki “Bəsic” könüllü hərbiləşdirilmiş dəstəsinin rəhbər müavini Qasım Qüreyşi bildirib.
Onun sözlərinə görə, Tehran həm Fars körfəzi, həm də quru sərhədləri vasitəsilə ABŞ-nin blokadasını aşmağa nail olur.
Qüreyşi qeyd edib ki, İran nefti əvvəlki həcmdə ixrac etsə də, hazırda daha yüksək qiymətə satılır. O bildirib ki, əvvəllər 40-50 dollara satılan neftin qiyməti indiki bazar qiymətləri ilə müqayisədə xeyli artıb.
“Biz əvvəlki həcmdə ixrac edirik”, – deyə o vurğulayıb.
Qüreyşi, həmçinin İranın ali liderinin ölkənin “atəş gücünün” təmin edilməsi ilə bağlı göstərişinin yerinə yetirildiyini bildirib.
13:30 22.11.2026
Oxunuş sayı: 62