Melaniya Tramp: Aleşkidə humanitar missiya 800 nəfərin xilasına imkan verib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukraynanın Xerson vilayətinin Aleşki şəhərində həyata keçirilən humanitar missiyanın 800 nəfərin xilasına şərait yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Breitbart News” nəşri məlumat yayıb.
Melaniya Tramp qeyd edib ki, baş verənlər ailənin gücünü, etimadın bərpasını və azyaşlı uşaqların cəsarətini nümayiş etdirib. Onun sözlərinə görə, münaqişə cəbhənin hər iki tərəfindəki ailələr üçün heç bir fayda vermir və sülhə nail olmaq rasional yanaşmadır.
O, Aleşkidə atəşkəsin humanitar nəticələrinə diqqət çəkərək ailələrin münaqişədən qorunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 23-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Xerson istiqamətində oktyabrın 27-si saat 04:00-dan etibarən “sükut rejimi”nin tətbiq ediləcəyini açıqlayıb. Bundan sonra Rusiya ordusu humanitar yüklərin çatdırılması üçün Aleşkiyə gedən karvanın təhlükəsiz hərəkətini təmin edib.
10:00 22.11.2026
Oxunuş sayı: 107