İran Bəhreyndə ABŞ-nin iki radarını hədəf aldığını açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki hərbi bazalarda yerləşən ABŞ-yə məxsus iki “Patriot” hava hücumundan müdafiə radarının raket və pilotsuz uçuş aparatları ilə hədəf alındığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, hücumlar Əl-Riffa və Əvali bazalarında yerləşən radar sistemlərinə qarşı həyata keçirilib. Qurum əməliyyatın ABŞ PUA-larının İran hava məkanını pozmasına cavab olaraq keçirildiyini iddia edib.
Hücum nəticəsində radarların zədələnib-zədələnmədiyi barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.
10:20 22.11.2026
Oxunuş sayı: 104