Rusiyanın Voronej vilayətində 23 PUA məhv edilib
Rusiya hava hücumundan müdafiə qüvvələri Voronej vilayəti üzərində 23 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, PUA-ların qalıqlarının düşməsi nəticəsində Voronej şəhərində fərdi yaşayış evinə ziyan dəyib, binanın pəncərələri və dam örtüyü zədələnib. Həmçinin iki minik avtomobilinə zərər dəyib.
Vilayətin şəhərətrafı rayonlarından birində də fərdi yaşayış evi və təsərrüfat tikilisi zədələnib.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazidə operativ xidmətlər fəaliyyət göstərir.
09:25 22.11.2026
Oxunuş sayı: 129